Anbar xidməti

Anbar xidməti

“ICON Group” gömrük təmsilçiliyi müasir logistikanın bütün aspektlərini mükəmməl bilən mütəxəssislər çalışır və onlar yükünüzü təhlükəsiz saxlamaqda yardım edə bilərlər.

Şirkətimizin anbar xidmətlərinin təşkil olunmasına yük və malların saxlanması, yüklənməsi və boşaldılması, malların qəbul zamanı çeşidlənməsi, sifarişlərin yüklənməsi, yararsız malların qəbulu və məhv edilməsi və s. xidmətlər daxildir. Mallarınızın təhlükəsizliyini nəzərə alaraq anbarlarımıza daxildən və xaricdən davamlı nəzarət edilir. Bizim xidmətlərimizə eyni zamanda yükün qorunması,müştərinin istəyinə əsasən yükün nəqliyyat işlərinin görülməsi,yüklərin yığılması, qablaşdırılması daxildir.

Siz şəxsi anbarınızın saxlanılması xərclərini qənaət edirsiniz. Elə də ucuz olmayan, malların yüklənib boşaldılması üçün lazım olan  anbar texnikasını almırsınız. Bütün bunları biz öz üzərimizə götürürük. Siz yalnız anbardan istifadə haqqı ödəyirsiniz.

Xidmətlərimizdən faydalanmaq üçün bizimlə əlaqə saxlayın. Əlaqə