Gömrük təmsilçiliyi xidmətləri

Gömrük təmsilçiliyi xidmətləri

Gömrük məntəqələrinə getmədən, Bizimlə gömrük təmsilçiliyi xidmətlərinin göstərilməsinə dair xidmət müqavilə bağlayıb, etibarnamə təqdim etməklə, vaxtınıza və pulunuza qənaət edərək dünyanın istənilən ölkəsindən sifariş etdiyiniz yükü bizim vasitəmizlə rahat bir şəkildə ünvanınızda  təhvil təslim aktı əsasında təhvil ala bilərsiniz.

          Tam gömrük təmsilçiliyi xidmətlərimizə daxildir:

  • – Müqavilənin qüvvədə olduğu  müddətdə ödənişsiz əsaslar ilə gömrük sahəsi üzrə konsalting xidməti;
  • – Yükə dair sənədlərin daşıyıcı kompanıyadan götürülməsi;
  • – Elektron Gömrük Bəyannaməsinin tərtib olunması;
  • – İcazəsi tələb olunan yüklərə müvafiq dövlət orqanınlarından icazə sənədinin alınması;
  • – Gömrük rəsmiləşdirilməsi əməliyyatının həyata keçirilməsi;
  • – Gömrük ödənişlərini sifarişçinin kartı ilə və ya onun tapşırığı ilə onun əvəzindən bizim tərəfimizdən ödənilməsi;
  • – Yüklərin təhvil təslim aktı əsasında təyinat ünvanına çatdırılması və təhvil verilməsi;
  • – Elektron arxivdən istifadə hüquq.

Xidmətlərimizdən faydalanmaq üçün bizimlə əlaqə saxlayın. Əlaqə