Logistika xidmətləri

Logistika xidmətləri

“ICON Group” gömrük təmsilçiliyi beynəlxalq yüklərin dəniz yolu, avtomobil yolu və hava yolu vasitəsiylə Azərbaycana yaxud da xarici ölkələrə daşınmasını təşkil edir. Eyni zamanda, şirkətimiz dünyanın istənilən ölkəsindən sifariş etdiyiniz yüklərin daşınmasında ən etibarlı və təhlükəsiz daşınma marşrutunu tərtib edərək, daşınan yüklərinizin sənədlərinin hazırlanması və yüklərinizin gömrükdə rəsmiləşdirilməsini təmin edir.

 

       Dəniz yolu ilə yüklərin daşınması;

Dəniz yolu ilə yük daşımalarında aparıcı dünya şirkətlər ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın gətirdiyi üstünlüklər istifadə edərək,  sifarişçilərimizin yüklərinin nəql olunması zamanı optimal həllər və minimum xərclər təqdim edirik.

 

        Hava yolu ilə yüklərin daşınması;

Hava nəqliyyatı ilə yük daşımaları çox sürətli və daha təhlükəsiz olaraq çox geniş yayılmış beynəlxalq yük daşıma xidmətidir. Dünyanın müxtəlif yerlərindən Bakı Hava limanına yaxud sifarişçinin ünvanına qədər yüklərin daşınmasını təşkil edirik. Təhlükəli yüklərinizin və yaxud soyuducu ilə daşınması ehtiyyac olan yüklərinizin və gömrük əməliyyatlarının həyata keçirilməsini bizə etibar edə bilərsiniz.

 

      Avtomobil yolu ilə yüklərin daşınması;

Avtomobil (qurudan daşımaçılıq) daşımaçılığı dünyada əvəzolunmaz xidmət sahəsidir.  Avropa və Asiyanın istənilən ölkəsindən Azərbaycana və eləcə də Azərbaycandan həmin ölkələrə avtomobil yolu ilə yüklərin daşınmasını təşkil edirik.

Xidmətlərimizdən faydalanmaq üçün bizimlə əlaqə saxlayın. Əlaqə